İstifadə şərtləri
Cuspert-dən istifadə üçün əsas qaydalar.
Son yenilənmə: 14 oktyabr 2026
Layihə və məsul şəxs
Cuspert qeyri-kommersiya məqsədli müstəqil layihədir. Cuspert brend adıdır, qeydiyyatdan keçmiş şirkət deyil.
Layihə sahibi və fərdi məlumatların işlənməsinə cavabdeh şəxs: Azad Zahidov
support@cuspert.com · office@cuspert.com
Layihənin statusu
Cuspert — Customs + Expert qeyri-kommersiya məqsədli müstəqil məlumat layihəsidir. Cuspert brend adıdır, qeydiyyatdan keçmiş şirkət və ya dövlət qurumu kimi təqdim edilmir. Sayt rəsmi hüquqi məsləhət və ya dövlət elektron xidməti deyil.
Rəsmi mənbələr və düzgünlük
Aktların rəsmi dərc olunmuş mətni əsasdır. Avtomatik sinxronizasiya, OCR və sənəd quruluşunun çıxarılması zamanı söz, cədvəl, şəkil və maddə-bənd səhvləri, gecikmələr ola bilər. Hüquqi nəticə doğuran qərardan əvvəl aktın aktual rəsmi mənbəsini və orijinal sənədi yoxlayın. Praktik bələdçilər və lüğət fərdi hüquqi məsləhəti əvəz etmir.
Hesab və düzgün istifadə
Yalnız sizə məxsus və ya istifadə etməyə səlahiyyətiniz olan hesabdan istifadə edin; giriş kodlarını paylaşmayın. İcazəsiz giriş, təhlükəsizlik məhdudiyyətlərini aşmaq, zərərli məzmun yerləşdirmək, başqasının hüquqlarını pozmaq və xidmətə mane olan sorğular göndərmək olmaz. Təhlükəsizlik üçün giriş məhdudlaşdırıla bilər; bununla bağlı support@cuspert.com ünvanına müraciət edə bilərsiniz.
Mənbələr və müəllif hüquqları
Rəsmi sənədlər və üçüncü tərəf materialları onların tətbiq olunan hüquqi rejiminə tabedir. Cuspert bütün mənbələrə müstəsna hüquq iddia etmir. Materiallardan istifadə zamanı mənbə və müəllif göstərişlərinə, icazə və lisenziya şərtlərinə əməl edin. Hüquq pozuntusu barədə konkret materialın ünvanı ilə office@cuspert.com ünvanına yazın.
Xarici xidmətlər və məsuliyyət
Xarici keçid zəmanət və ya rəsmi tərəfdaşlıq demək deyil. Müraciət, yoxlama və ödənişlər müvafiq portalda aparılır. Saytın fasiləsiz və xətasız işləməsinə zəmanət verilmir. Bu şərtlər qanunla istisna edilə bilməyən məsuliyyəti və istifadəçinin məcburi hüquqlarını aradan qaldırmır.
Dəyişikliklər və əlaqə
Aktual şərtlər və yenilənmə tarixi bu səhifədə göstərilir. Ümumi müraciətlər üçün office@cuspert.com, texniki və məxfilik məsələləri üçün support@cuspert.com ünvanından istifadə edin.